mobil versiya

Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb


Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb.
Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 19-06-2023, 09:22