Ərdoğan: Terrorizmə qarşı mübarizədə Nigeriya xalqının yanındayıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Nigeriyalı həmkarı Bola Əhməd Tinubu ilə görüşüb.
Nigeriyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı Türkiyə Prezidenti iki ölkənin ticarət həcmini 5 milyard dollara çatdırmaq öhdəliyini təsdiqləyib.
Ərdoğan əlavə edib: "Terrorizmə qarşı mübarizədə Nigeriya xalqının yanındayıq və görüşümüz zamanı hərbi təlim və kəşfiyyat sahələrində sıx əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etdik."
Nigeriya Prezidenti öz növbəsində ölkəsinin və Türkiyənin birlikdə işləməyə və birlikdə rifah qurmağa hazır olduğunu vurğulayıb.
O, türkiyəli həmkarı ilə qarşılıqlı maraq doğuran məsələləri, əsasən ticarət, ikiqat vergitutmanın qarşısının alınması və ticarətdəki maneələrin aradan qaldırılmasını müzakirə etdiyini qeyd edib.
İki prezident həmçinin bir neçə sahədə əməkdaşlıq üçün doqquz müqavilə və anlaşma memorandumunun imzalanmasına şahid olublar.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 28-01-2026, 13:17



























