Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edilib

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər Sərəncamla Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 6-02-2026, 19:54



























