mobil versiya

AZƏRPOÇT"-un sədri vəzifəsindən azad edilib



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.
O, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.
Ə.Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib. Qurumdan "Report"a faktı təsdiq ediblər.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 31-10-2023, 19:56