mobil versiya

Türkmənistan Birjasında bir həftə ərzində 7 milyon dollardan çox dəyərində müqavilələr bağlanıb






Ötən həftə Türkmənistan Dövlət Əmtəə və Xammal Birjasında 29 əməliyyat qeydə alınıb. TDX-nin məlumatına görə, xarici sahibkarlarla bağlanmış müqavilələrin ümumi dəyəri 7 milyon 133 min dolları keçib.

Yerli media xəbər verir ki,  Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Əfqanıstan və Özbəkistandan olan biznes nümayəndələri "Türkmənnebit" və "Türkmənhimiya" dövlət konsernləri tərəfindən istehsal olunan mayeləşdirilmiş qaz, "Türkmənhimiya" dövlət konserninin bir şirkəti tərəfindən istehsal olunan karbamid və kükürdsüzləşdirilmiş dizel yanacağı alıblar.

Bundan əlavə, Türkiyə və Ukraynadan olan sahibkarlara pambıq yağı tortu, xam pambıq yağı turşusu, distillə edilməmiş pambıq yağı tortu yağ turşusu, eləcə də sadə boyalı və jakkardlı tekstil məhsulları satılıb.

Türkmənistan sahibkarları daxili bazar üçün ümumi dəyəri 669 milyon 542 min manatdan çox olan baza yağı, polipropilen, neft yol bitumu (dövlət şirkəti olan "Türkmənnebit" tərəfindən istehsal olunub), Portland sementi, pambıq sapı, təbii ipək və buğda unu alıblar.


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:31