mobil versiya

Türkmənistanın dövlət əmtəə birjasının hərraclarında 37 əməliyyat qeydə alınıb


Ötən həftə Türkmənistanın dövlət əmtəə birjasının hərraclarında 37 əməliyyat qeydə alınıb.  

Yerli medianın xəbərinə görə, xarici valyutaya Birləşmiş Ərəb Əmirliklərinin, Özbəkistanın və Tacikistanın işgüzar dairələrinin nümayəndələri “Türkmennebit” Dövlət Konserninin texnoloji qurğularında istehsal olunan mayeləşdirilmiş qaz, aviasiya kerosini, benzin, baz yağı, hidrotəmizlənmiş dizel yanacağını alıblar. Türkiyə, Pakistan, BƏƏ, Özbəkistan və Əfqanıstandan olan iş adamları ECO 93 markalı benzin və karbamid (Türkmenhimiýa Şirkətlər Qrupu) alıblar.

Bundan əlavə, hazır toxuculuq sənayesi məhsulları, pambıq iplik, təmizlənmiş pambıq tullantıları valyutaya satılıb. Alıcı ölkələr: Çin, BƏƏ, Qazaxıstan, Ukrayna. Əməliyyatların ümumi məbləği 76 milyon 375 min ABŞ dollarından çox olub.

Yerli iş adamları daxili bazar üçün polipropilen (“Türkmənnebit” Şirkətlər Qrupu), adi və jakarlı terri məmulatları, pambıq iplik, quru barama alıblar. Əməliyyatların ümumi məbləği 9 milyon 68 min manatı ötüb.

Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-09-2024, 12:50