Benzin və dizel yanacağı satışından gəlirlər 7,2 faiz artıb
Cari ilin yanvar ayında Azərbaycanda yanacaq istehlakçıları 205,3 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin müvafiq ayı ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,2 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 4,8 faiz gəlir əldə edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-02-2023, 17:01