BDU Pakistan universiteti ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) və Pakistan İslam Respublikasının Mardan Abdul Vali Xan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BDU-dan bildirilib ki, memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.
Sənəddə, həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Mardan Abdul Vali Xan Universitetinin vitse-kansleri Jamail Ahmad imzalayıb.
Əsası 2009-cu ildə qoyulmuş Mardan Abdul Vali Xan Universiteti QS Asiya universitetləri reytinqində 406-cı yerdə qərarlaşıb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:00



























