ADHTİ ilə Latviya Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Latviya Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd ADHTİ-nin rektoru, professor Nazim Qasımovun Latviya Universitetinin Tibb fakültəsinin professoru, Latviya Universiteti nəzdində Klinik və profilaktik tibb institutunun rektoru, Latviya Elmlər Akademiyasının akademiki Marcis Leja ilə görüşü çərçivəsində imzalanıb.
Görüşdə mövcud resurslar və maraqlar çərçivəsində bərabərlik və müştərək həyata keçirilə bilən əməkdaşlıq sahələri müzakirə edilib. Həmin sahələr əsasən kurslar, konfranslar, seminarlar və ya mühazirələr kimi birgə akademik və elmi fəaliyyətlərin təşkili, fundamental elmi tədqiqatların hər iki müəssisənin tədqiqatçı alimlərinin iştirakı ilə aparılması, elmi materialların və nəşrlərin mübadiləsi, Avropa İttifaqı, digər beynəlxalq və milli tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsində qarşılıqlı fəaliyyət, doktorantura təhsili proqramlarında əməkdaşlıq, elmi və pedaqoji kadrların birgə hazırlığı, eləcə də həkimlərin diplomdan sonrakı təhsilinin müasir formalarının tətbiqindən ibarətdir.(Azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-05-2023, 12:37