mobil versiya

Hikmət Hacıyev: Müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi etik deyil



Məhkəmənin Ruben Vardanyanla bağlı qərarı yalnız ədalətin yerinə yetirilməsi deyil, həm də azərbaycanlılara böyük əzab-əziyyətlər gətirən təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasını tələb edən bəzi dairələr — Avropa Parlamenti üzvləri və "Amnesty International" kimi təşkilatlar da daxil olmaqla mənəvi və etik deyil. Prezident İlham Əliyevin "France 24"ə verdiyi müsahibədə dediyi kimi:
"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi."" (Trend)


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: 19-02-2026, 14:46