mobil versiya

Hikmət Hacıyevin Netanyahu ilə görüşü olub




Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Reportyor.az xəbər verir ki, Azərbaycanın İsraildəki səfirliyi “X” sosial platformada bu barədə paylaşım edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, regional hadisələr müzakirə edilib.

Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

KARUSEL / SİYASƏT
Tarix: 19-02-2025, 12:48