"Mingəçevir”in baş məşqçisi 4 oyunluq cəzalanıb

Azərbaycan 1-ci Liqasında çıxış edən “Mingəçevir” klubunun baş məşqçisi Ramiz Məmmədov 4 oyunluq cəzalanıb.
Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis 15-ci turda “Şəfa”ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3000 manat cərimələnib.
Bundan başqa, sözügedən qarşılaşmada “Şəfa”nın futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 150 manat ziyana düşüb.
“Mingəçevir” komandası istifadə etdiyi paltardəyişmə otağına dəymiş zərəri də qarşılayacaq.
Turun “Şimal” – “Şahdağ Qusar” matçında ikincilərin futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya olunub, komandası 900 manat cərimələnib. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 20-02-2026, 16:32



























