mobil versiya

İran və Azərbaycanın beyin mərkəzləri arasında əməkdaşlıq müzakirə olunub



 

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "Topçubaşov" Analitik Mərkəzinin direktoru Rusif Hüseynov arasında görüş keçirilib

İki ölkənin beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsində bu qurumların intellektual potensialından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı son vəziyyət, ABŞ və sionist rejimin İrana qarşı hərbi təhdidləri nəticəsində yaranan gərginlik, eləcə də bu proseslərin regional və beynəlxalq sülh və təhlükəsizliyə mənfi təsirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 


Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-02-2026, 18:08