Hindistan vətəndaşlarına İranı tərk etməyi tövsiyə edir: Səfirlik

Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın Tehrana mümkün hücumu qorxusu fonunda vətəndaşlarını İranı tərk etməyə çağırdı.
"İrandakı dəyişən vəziyyəti nəzərə alaraq, hazırda İranda olan Hindistan vətəndaşlarına... kommersiya reysləri də daxil olmaqla, mövcud nəqliyyat vasitələri ilə İranı tərk etmələri tövsiyə olunur", - deyə Tehrandakı Hindistan səfirliyi sosial mediada paylaşım edib.
Hindistan Xarici İşlər Nazirliyinin hesablamalarına görə, İranda adətən təxminən 10.000 vətəndaş olur.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 23-02-2026, 14:40



























