Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Türkiyənin məşhur modeli və aparıcısı olan Ebru Şallının səkkiz yaşlı oğlu Pars müalicə aldığı xəstəxanada ölüb.
Bu barədə “Hürriyet” xəbər yayıb.
Bildirilir ki, Pars təxminən iki il limfomadan müalicə alıb. Lakin həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Koronavirus tədbirləri ilə əlaqədar yaxınlarının dəfn mərasiminə qatıla bilməməsi isə ailəyə əlavə üzüntü gətirib.
KARUSEL / DÜNYA
Tarix: 18-04-2020, 12:40