mobil versiya

Naxçıvanda bütün bağça və məktəblər boşaldılıb - Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib



Bu gün günorta saatlarında qeydə alınan dron hücumları səbəbindən Naxçıvanda bütün məktəblərin bağlandığı və boşaldıldığı bildirilir. Şagirdlərə dərhal evlərinə qayıtmaları tapşırılıb.

Bu gün Naxçıvan Dövlət Universitetində də dərslər təxirə salınıb.
Ətraf rayonlardan təhsil üçün şəhərə üz tutan tələbələrin bir çoxu da rayonlara qayıdıb. 
Muxtar respublikada bütün xəstəxanalar və təcili tibbi yardım mərkəzləri gücləndirilmiş iş rejiminə keçdiyi bildirilir. ("AzPolitika.info")

KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2026, 10:16