Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçib

Bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, polis gücləndirilmiş iş rejiminə keçib:
"Xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir".
Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.
KARUSEL / ÖLKƏ
Tarix: 7-12-2023, 09:37