mobil versiya

Zaqatalada zəlzələ olub



Aprelin 24-də Zaqatala seysmoloji stansiyasından 16 kilometr cənub-qərbdə - Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 15:22-də qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 24-04-2023, 17:13