İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.
Zəlzələ Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss edilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-03-2023, 09:43