Hatayda 6,4 və 5,8 bal gücündə iki zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentiri Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub.
Yeraltıtəkanlar yerli vaxtla saat 20:04-də baş verib.
Ətraf ərazilərdə də hiss edilən zəlzələ yerin 16,7 kilometr dərinliyində baş verib.
Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlar olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, vilayətin Samandağ rayonunda baş verən zəlzələ 5,8 bal gücündə olub.
Zəlzələ yerli vaxtla saat 20:07-də baş verib.
KARUSEL / DÜNYA
Tarix: 20-02-2023, 22:41