Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir etməyib
Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.
"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir", - qurumdan bildirilib.
Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.
KARUSEL / CƏMİYYƏT

Tarix: 7-12-2023, 08:54