Telegraph: "Trampın artıq İrana qarşı müharibəni dayandırmaq gücü yoxdur"

Böyük Britaniyanın «Telegraph» qəzeti xəbər verir ki, İrana qarşı müharibə artıq müstəqil bir mahiyyət kəsb edərək, idarəolunmaz bir bədheybətə çevrilmişdir; ABŞ-ın prezidenti Donald Tramp isə artıq bu müharibənin nə vaxt və necə bitəcəyinə nəzarət etmək iqtidarında deyil.
Qəzet yazır ki, Tramp bir televiziya aparıcısı kimi auditoriyasını müharibənin dəqiq bitmə vaxtı ilə intizarda saxlayır, lakin yekun qərarın yalnız onun əlində olması təsəvvürü illüziyadan başqa bir şey deyil.
Trampın bu kampaniyanın sona çatmasının yaxın olması ilə bağlı iddialarına reaksiya verən İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) vurğulayıb ki: "Müharibənin sonunu biz təyin edirik" və regionun tənlikləri hazırda İran Silahlı Qüvvələrinin ixtiyarındadır. "Telegraph" həmçinin qeyd edib ki, ölkəni idarə edən sərt şəxslər, hətta Trampın hücumu ləğv etmək barədə açıq müzakirələrini belə, öz üstünlüklərinin nişanəsi kimi dəyərləndirəcəklər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 12-03-2026, 16:03



























