mobil versiya

"Tramp ABŞ-a yanlış siyasətləri yenidən qiymətləndirmək şansı qazanıb" - İran





İran  Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini Birləşmiş Ştatlar üçün keçmiş səhvlərini yenidən qiymətləndirmək üçün bir fürsət adlandırıb.

Reportyor.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Baghaei İRNA-ya açıqlamasında deyib: "Bizim keçmişdə müxtəlif ABŞ hökumətlərinin siyasətləri və yanaşmaları ilə bağlı çox acı təcrübələrimiz var. Trumpın qələbəsi əvvəlki yanlış siyasətləri nəzərdən keçirmək üçün bir şansdır".

İran və ABŞ 1979-cu ildə Qərbin dəstəklədiyi şahı devirən İslam İnqilabından bəri düşmən olublar, lakin 2017-ci ildən 2021-ci ilə qədər Trampın ilk dövründə gərginlik pik həddə çatıb.

Tramp qalib elan edilməzdən əvvəl İran ABŞ seçkilərini əhəmiyyətsiz saymışdı.

Hökumət sözçüsü Fatemeh Mohacerani, "ABŞ və İran İslam Respublikasının ümumi siyasətləri sabitdir. Kimin prezident olmasının əhəmiyyəti yoxdur. Artıq planlar hazırlanıb ki, insanların dolanışığında heç bir dəyişiklik olmasın” - deyib.

İlk prezidentlik dövründə Tramp birtərəfli qaydada ABŞ-ı 2015-ci il İran nüvə sazişindən çıxarıb və İslam Respublikasına qarşı sərt sanksiyalar tətbiq edib.

2020-ci ildə Trampın prezidentliyi dövründə ABŞ Bağdad hava limanına endirdiyi hava hücumunda İslam İnqilabı Keşikçiləri Korpusunun hörmətli generalı Qasım Süleymanini öldürdü.
KARUSEL / DÜNYA
Tarix: 7-11-2024, 12:11