mobil versiya

Azərbaycanda dəhşət: Yataqxana yandı, 2 azyaşlı öldü - SON DƏQİQƏ




Şirvan şəhərində yataqxanada yanğın baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.

Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 30-08-2020, 02:08