mobil versiya

Bakıda şagirdlər 21 yaşlı xanım müəllimi döyüb? - AÇIQLAMA




akının Xətai rayonunda yerləşən 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlar araşdırılıb.

Bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilir ki, hazırda bu barədə təhsil idarəsində konkret məlumat yoxdur. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən araşdırmalar aparılıb.


"Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır. Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.

Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır", - deyə məlumatda bildirilib.

BAKU.WS xəbər verir ki, dünəndən sosial şəbəkələrdə Xətai rayonundakı 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, guya hadisə zamanı müəllim komaya düşüb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 10-01-2022, 11:00