Rusiyadan qorxunc bəyanat: Ukrayna 18-ci əsrə qaytarılacaq
Ukraynanın işğalından sonra Rusiyanın Kiyev və ətrafına endirdiyi hava zərbələri mühüm nöqtələri vurur. Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qışdan əvvəl Rusiyanın Ukrayna elektrik stansiyalarına hücumlarında azalma olmayacağı ilə bağlı açıqlamalar verib.
Musavat.com bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Putinə yaxınlığı ilə tanınan Tolstoy deyib ki, Ukraynanın infrastrukturu məhv olacaq və Rusiya Ukraynanı 18-ci əsrə qaytaracaq.
ABŞ, Aİ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalı deputat Fransanın BFM telekanalına verdiyi açıqlamada Ukraynanın müttəfiqlərini də hədələyib.
O deyib ki, Qərb illərlə davam edəcək müharibəyə hazır olmalıdır.
BOMBA ALTINDA SÜLHƏ ÇAĞIRIŞ
Rəsmi Moskva Ukraynanın paytaxtının kritik infrastrukturuna dəyən ziyanın “yad və Ukrayna” hava hücumundan müdafiə raketləri tərəfindən törədildiyi barədə yalan iddialar irəli sürüb.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna “Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə” geri addım atmaqla “əzablara son qoya bilər”. Peskov "Ukrayna administrasiyasının vəziyyəti normallaşdırmaq üçün hər cür imkanı var" deyib.
Qeyd edək ki, oktyabrın əvvəlindən Rusiya Ukraynanın elektrik şəbəkəsini sıradan çıxarmaq üçün raket hücumları həyata keçirir. İran istehsalı olan dronlarla Ukraynadakı enerji hədəflərinə hücum edən Moskva qış aylarını Ukrayna xalqı üçün kütləvi silaha çevirmək niyyətindədir.
Kiyev meri Vitali Kliçko bildirib ki, bəzi yerlərdə su təchizatı bərpa olunub, lakin şəhərin böyük hissəsində bu problem davam edir.
Rəsmi məlumata görə, Rusiya çərşənbə günü Ukraynanın qəsəbə və şəhərlərinə 70-ə qədər qanadlı raket atıb.
Prezident Vladimir Zelenskinin baş müşaviri Mixaylo Podolyak deyib: “Şəhərlərə raket atarkən sülhə çağırmaq şəxsiyyət pozğunluğunun ən yüksək dərəcəsidir”.
AVROPADAN QINAQ...
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Rusiyanın bombardmanlarını “müharibə cinayətləri” kimi qiymətləndirib.
“Putin qəsdən və vəhşicəsinə ölkənin mülki infrastrukturunu hədəf alır, qadın, kişi və uşaqları qaranlıqda qoyur” - Ursula von der Leyen deyib.
Rusiya hücumlarının davam edəcəyi təqdirdə milyonlarla insanın ölkəni tərk edə biləcəyini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatı isə 'həyat üçün təhlükəli' şərtlərin yarandığı barədə xəbərdarlıq edib.
Nigar Cəfərli,
Musavat.com
MANŞET / SON XƏBƏR / GÜNDƏM / DÜNYA

Tarix: 25-11-2022, 18:13