Türkiyədə müəmmalı qəza: rus nüvə mühəndisləri həlak oldu - FOTOLAR
Rusiyanın Türkiyədə, Mersin vilayətində inşa etdiyi “Akkuyu Atem Elektrik Stansiyası”nda (AES) işləməyə gələn mühəndisləri gətirən minibus qəzaya uğrayıb.
“CNNtürk” kanalının verdiyi xəbərə görə, hadisə zamanı 2 mühəndis həlak olub, sürücü ilə birlikdə 11 nəfər ağır yaralanıb.
Gələn informasiyalara əsasən, Mersinin Gülnar rayonuna bağlı Böyükeyceli bölgəsində yerləşən AES-də çalışmaq üçün gələn mühəndislər Rusiyadan öncə Antalyaya gəliblər, orada isə Ömər Ö. adlı sürücünün idrə etdiyi minibusa miniblər.
Rusiya vətəndaşlarının olduğu avtomobil Mersinin Silifke rayonunun Ağdərə kəndi yaxınlığında arxadan ağır yük avtomobili ilə toqquşub. Çarpışmanın təsiri ilə minibus yük maşınının yedəyinin altına girib.
Ölən mühəndislərin Denis Petrpuk və Andrey Voronov olduğu bildirilir.
Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə təcili yardım maşınları, jandarmeriya və polislər cəlb olunub. Yaralıların hamısı Silifke dövlət xəstəxanasına yerləşdirilib.//musavat.com
MANŞET / SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 19-10-2019, 14:35