mobil versiya

MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv etdi




46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

REPORTYOR.AZ-ın xəbərinə görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 5-02-2020, 16:55