Prezidentin Şirvandan Zərdaba göndərdiyi icra başçısı kimdir?- DOSYE
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Şirvan rayonunun 14 illik icra başçısı Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mərdan Camalov kimdir?
27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirib.
M.T.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
12 noyabr 2019-cu il tarixində imzaladığı Sərəncamla Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.
Mərdan Camalov mərhum müdafiə sanəyesi naziri Yavər Camalovun qardaşıdır.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 12-11-2019, 14:29