Öz ölümünün tarixini dəqiq bilən Nostradamusdan dünyanın dağılacağına dair proqnoz
Dünya tarixinin sirli şəxsiyyətlərindən biri də fransalı öncəgörən keşiş Mişel Nostradamus olub.
REPORTYOR.AZ xəbər verir ki, dünyada öz ölümünü bilməsilə tanınan Nostradamus dünyanın sonunun nə zaman gələcəyini də yazıb.
O, dünyanın sonunun 10 mayda olacağını yazsa da, bunun dəqiq hansı ildə olacağını qeyd etməyib.
Eyni zamanda fransalı öncəgörən III Dünya müharibəsinin başlayacağını və bu savaşın daha dəhşətli olacağını qeyd edib. Nostradamus bu müharibənin 25 il davam edəcəyini və çox sayda insanın məhv ediləcəyini bildirib.
Eyni zamanda Nostradamus dünyada çox saylı təbii fəlakətlərin baş verəcəyini, əsasən də ABŞ-da yanardağların partlayacağını qeyd edib.
Onun qeydlərində həmçinin bildirilir ki, Günəşdə böyük partlayışlar baş verəcək. Uzun zaman davam edəcək bu hadisələrdən sonra dünyada elektron sistemlər çökəcək.
Nostradamus sonda qeyd edib ki, uzun müddət baş verəcək müharibə və təbii fəlakətlərdən sonra min illər sakitlik və sülhün davam edəcəyini qeyd edib.
Qeyd edək ki, Mişel Nostradamus 1503-cü ildə Fransanın kiçik bir vilayətində dünyaya gəlib. Ailəsi və övladının qəfil ölümündən sonra böyük sarsıntı yaşayan Nostradamus hamıdan uzaqlaşaraq Belçikada bir monastra sığınır və dünyanın gələcək taleyi haqqında proqnozlar yazır.
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 29-09-2021, 10:00