Bu ölkələrdə güclü təkanlar olacaq
Türkiyədəki zəlzələni 3 gün əvvəldən xəbər verən niderlandlı seysmoloq Frank Huqerbits yeni proqnozunu açıqlayıb.
Seymoloq martın əvvəlində Kamçatka və Kuril adaları ərazisində güclü zəlzələ olacağını bildirib. Onun sözlərinə görə, zəlzələnin gücü 7 və ya 8 bal ola bilər.
Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsinin direktoru Danila Çebrov isə bildirib ki, hazırda seysmoloqlar Kamçatkada zəlzələ prekursorlarını qeydə almırlar. O, Kamçatkanın həqiqətən də planetin ən seysmik aktiv zonalarından biri olduğunu, lakin Rusiya tədqiqat mərkəzində belə proqnozlara şübhə ilə yanaşıldığını vurğulayıb.
Frank Huqerbits onu da bildirib ki, Yer, Merkuri və Saturnun mövqeyi 3 və 4 mart və ya 6 və 7 martda güclü seysmik aktivliyə səbəb ola bilər: “Risk zonaları Şimali Amerikanın qərb sahilləri və Sakit Okeanın cənub-qərb hissəsindəki Kermadek çökəkliyi, həmçinin Kamçatka, Kuril adaları, Yaponiyanın şimalı, Filippin və İndoneziyanın Sakit okean sahilləri olacaq. Martın ilk həftəsi son dərəcə kritik olacaq. Biz yeddi və ya səkkiz baldan daha böyük zəlzələlər görə bilərik”.
Qeyd edək ki, Huqerbits Türkiyə ilə yanaşı, Suriya və Yaxın Şərqdə 7,5 bal gücündə zəlzələ ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
MARAQLI / KARUSEL
Tarix: 1-03-2023, 21:14