İordaniya kəhrəbasında anemona bənzəyən 140 milyon illik bir çiçək kəşf edilib
Doktor Abbas Haddadin, təxminən 140 milyon yaşı olduğu təxmin edilən İordaniya kəhrəbasında qorunub saxlanılan unikal bir çiçək aşkar edib.Bu qədim çiçək müasir anemonla diqqətəlayiq oxşarlığa malikdir və alimlərə geoloji dövrlərdə çiçəkli bitkilərin təkamülünü öyrənmək üçün nadir bir fürsət təqdim edir.
Çiçək, Zarqa çayında, Kral Talal bəndi yaxınlığında aşkar edilib və bölgənin botanika fosil qeydlərinə əhəmiyyətli bir əlavədir.
Şəkildə İordaniya kəhrəbasında qorunub saxlanılan qədim çiçək göstərilir.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: 18-12-2025, 17:54



























