İordaniya Krallığı 9 ayda 5 milyona yaxın ziyarətçi qəbul edib
İordaniya Krallığı 2024-cü ilin ilk doqquz ayında təxminən 4,7 milyon ziyarətçi qəbul edib.
Reportyor.az xəbər verir ki, bu barədə krallığın Turizm və Qədim Əsərlər Nazirliyinin statistik bülleteni məlumat yayıb.
Bülletendə eyni dövrdə gecələyən turistlərin sayının 4,021 milyon, bir günlük ziyarətçilərin sayının isə 680 min 723 nəfər olduğu açıqlanıb.
Bundan əlavə, o, son səkkiz ayda turizm gəlirinin təxminən 3,515 milyard JD-yə ekvivalent olmaqla 4,951 milyard dollar təşkil etdiyini göstərib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-10-2024, 13:59