Azərbaycan vətəndaşları artıq bu ölkəyə səfər zamanı elektron viza ala biləcək
Səudiyyə Ərəbistanının qəbul etdiyi yeni qərara əsasən, Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza ala biləcəklər.
Bununla əlaqədar Səudiyyə Ərəbistanının müvafiq qurumları qərar qəbul edib. Qərara əsasən, səkkiz yeni ölkə - Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan səfər vizalarını elektron şəkildə ala biləcək. Bu ölkələrdən olan vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edən zaman hava limanından da elektron şəkildə viza ala biləcəklər.
Bununla da Səudiyyə Ərəbistanına elektron şəkildə viza ala biləcək ölkələrin sayı 57-yə çatdırılıb.
Bildirilir ki, bu qərar ölkənin turizm imkanlarını artırmaq, 2030-cu ilə qədər ölkəyə hər il 100 milyon ziyarətçi qəbul etmək məqsədilə qəbul edilib.
Qeyd olunur ki, 2022-ci ildə ölkəyə 93,5 milyon ziyarətçi səfər edib. Bu da turizm gəlirlərini 2021-ci illə müqayisədə 93% artıraraq 185 milyard riyal (49 milyard ABŞ dolları) təşkil edib.
KARUSEL / SİYASƏT
Tarix: 7-08-2023, 11:15