Ən "varlı" və "kasıb" prezidentlər - Siyahı

2025-ci ildə prezidentlərin illik maaşları məlum olub.
2025-ci il üzrə açıqlanan rəqəmlərə əsasən Azərbaycan lideri İlham Əliyevin illik maaşı 106 000 ABŞ dolları olub. Rusiya Prezidenti Vladimir Putin 136 000 ABŞ dolları, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 197 500 ABŞ dolları, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 41 100 ABŞ dolları maaş alıb.
Dünyada ən az maaş alan prezident Laos lideri Tonqlun Sisulit ( illik 1 700 ABŞ dolları) olub.
Dünyada il ərzində ən çox maaş alan 10 dövlət başçısı isə belə olub:
- Səudiyyə Ərəbistanı — Kral Salman bin Əbdüləziz Al Səud — 9 600 000 000 ABŞ dolları;
- Birləşmiş Ərəb Əmirlikləri — Məhəmməd bin Zayed Al Nəhyan — 4 608 273 000 ABŞ dolları;
- Böyük Britaniya — Kral III Çarlz — 202 000 000 ABŞ dolları;
- Küveyt — Əmir Mişəl əl-Əhməd əs-Sabah — 165 100 000 $;
- Esvatini Krallığı — Kral III Msvati — 56 051 400 $;
- Monako — Şahzadə II Albert — 52 064 000 $;
- Qətər — Əmir Təmim bin Həməd Al Tani — 36 100 000 $;
- Norveç — Kral V Harald — 33 238 000 $;
- Bəhreyn — Kral Həməd bin İsa Al Xəlifə — 22 500 000 $;
- İsveç — Kral XVI Karl Qustav — 15 752 200 $.
Daha ətraflı aşağıdakı videoda.(AzPolitika.info)
MARAQLI / KARUSEL
Tarix: 23-02-2026, 17:37



























