100-dən artıq xəstəliyin çarəsi - DAZIOTU
Dazıotunun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur.
REPORTYOR.AZ sağlamolun.az-a istinadən xəbər verir ki, qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş istifadə olunurdu. Müasir tibb də dazıotunun müalicəvi xüsusiyyətlərini təsdiq edir. Hal hazırda bu ot onlarla müxtəlif dərmanların tərkibinə daxil edilir. Belə hesab olunur ki, dazıotu 100-dən artıq xəstəliklərin müalicəsində istifadə olunur.
Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. Dazıotu damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.
Müxtəlif xəstəliklər zamanı dazıotunun dəmləməsi istifadə olunur. Dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və qarqara, inhalyasiyalar şəkində və ya daxilə istifadə olunur.
Zökəm, nəfəs yolları iltihabları, öskürək zamanı dazıotu dəmləməsi ilə inhalyasiya etmək yaxşıdır. Dəmləməni enli qaba töküb buxarın üzərində nəfəs alın.
Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı dazıotu ilə qarqara edin.
Dazıotu mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (qastrit, xora xəstəliyi, öd kisəsi xəstəlikləri və s.) çox yaxşı müalicəvi təsir edir - iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır. Dəmləməni qida qəbulundan 30 dəqiqə sonra 1 xörək qaşığı olmaqla gündə 3 dəfə qəbul edirlər.
İltihabəleyhinə və sidikqovucu təsirinə görə dazıotu sidik-cinsiyyət sistemi iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir.
Ürəyin fəaliyyətinin yaxşılaşdırılması və ürəyin möhkəmləndirilməsi üçün belə dəmləmə hazırlayın - 1 çay qaşığı dazıotu, 1 çay qaşığı pişikotu kökü, 1 çay qaşığı melissa, 1 çay qaşığı nanə termosda 1/2 l qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2-3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Dəmləməni dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün dəmləməyə bal əlavə etmək olar.
Dazıotunun çox güclü sakitləşdirici təsiri var - stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir. Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, melissa ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.
Dazıotu dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir - dərinin bərpasını sürətləndirir. Dəmləmədə pambıq parça isladıb islatmalar şəklində istifadə edirlər.
Uşaqlarda bişməcələr zamanı dazı otu ilə vannalar çox yaxşı kömək edir.
Dəmləmə həmçinin sızanaqlar zamanı da istifadə olunur.
Bütün digər müalicəvi otlar kimi, dazıotunun istifadəsindən əvvəl həkimlə məsləhətləşmək zəruridir. Bəzi xəstəliklər zamanı bu otun istifadəsi əks-göstərişdir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-02-2020, 22:16