Ötən il Azərbaycanda nikaha görə tibbi müayinədə xəstəlik aşkarlanan insanların sayı açıqlanıb

Ötən il Azərbaycanda nikaha daxil olmaq üçün ümumilikdə 111 min 913 vətəndaş qan analizi verib.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib.
Qeyd olunub ki, onlardan 35-ində HİV ½(QİÇS) infeksiyası, 982-də isə sifilis infeksiyası aşkarlanıb.
Bundan başqa, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, cütlüklərdən yalnız birində aşkar edilən talassemiya daşıyıcılığı 4 min 357 nəfərdə, hər ikisi daşıyıcı olan cütlük isə 50 nəfər olub.(report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 14-02-2025, 16:24