mobil versiya

Nazirlik: Sudan istifadədə fərqli tariflər tətbiq edilməlidir - VİDEO



"Plastik torbalarla bağlı təkliflər planı hazırdır və razılaşdırma mərhələsindədir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, təkliflərdə plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması kimi məsələlər nəzərdə tutulub.

Rasim Səttarzadə Azərbaycandakı su ehtiyatlarından da danışıb. Bildirib ki, Azərbaycan su ilə nisbətən az təchiz olunan ölkələrdəndir: "Su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərinin tətbiqini təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir".

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə nəqliyyatın ekologiyaya mənfi təsirindən danışıb. Bildirib ki, nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib. Onun sözlərinə görə, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməlidir.

Reportyor.az xezerxeber.az-a idtinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 




SAĞLAMLIQ / KARUSEL / ÖLKƏ
Tarix: 26-09-2019, 09:56