Polşanın baş naziri: “Şimal axını”nda təxribat Rusiyanın işidir”
“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərindəki təxribatların arxasında Rusiya dayanır”.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski Praqada Avropa Siyasi Birliyinin sammitində bildirib.
“Əcnəbi dostlarımızdan da aldığımız məlumata görə, bu, Rusiya xidmətlərinin işidir”, - deyə Polşa hökumət başçısı qeyd edib.
O vurğulayıb ki, bir neçə gün əvvəl Rusiya Federasiyası qazın “Şimal axını-2”nin zədələnməmiş xətti ilə buraxılması barədə təklif irəli sürüb. Bu da Rusiya xidmətlərinin günahını bir daha təsdiqləyir.
“Burada və indi Avropa İttifaqı və bütün Avropa Rusiyanın şantajı ilə bağlı birlik nümayiş etdirməlidir”, - deyə Moravetski vurğulayıb.
Mənbə: Yevropeyskaya pravda
oxu.az
SİYASƏT
Tarix: 7-10-2022, 12:05