mobil versiya

Rusiya İranla ballistik raketlərin tədarükü ilə bağlı razılığa gəlib



Rusiya İranla 300 və 700 km mənzilli ballistik raketlərin tədarükü ilə bağlı razılığa gəlib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat “Ukrinform” media mərkəzində keçirdiyi brifinqə məlumat verib.
“Ballistik raketlərlə bağlı belə bir məlumatlar da peyda olub ki, Rusiya artıq İranla razılıq əldə edib. Biz Moskva ilə Tehran arasında müntəzəm hava əlaqəsinin olduğunu görürük”, - İqnat deyib.
O bildirib ki, raketlərin sayı barədə məlumat yoxdur, lakin artıq aydındır ki, bunlar 300 və 700 kilometr mənzilli silahlardır. Digər problem onların hərəkət sürətidir ki, bu da qanadlı raketlərin və dronların sürətindən xeyli yüksəkdir.
“Bu, “Şahed” kimi yeni təhlükədir. Bu ballistik raketlərə hansısa formada reaksiya verilməlidir, onlar məhv edilməlidir. Onları atəş nöqtəsində məhv etmək lazımdır. Çünki ballistika ilə mübarizə üçün effektiv vasitəmiz yoxdur. Onları yalnız  başlanğıc mərhələsində fiziki olaraq məhv edə bilərik”, - deyə İqnat əlavə edib.
Mənbə: rbc.ua

SİYASƏT
Tarix: 8-11-2022, 17:38