mobil versiya

Uşaq pulu ilə bağlı MÜHÜM AÇIQLAMA - Pul şəklində kartla...




"Xudavəndi-aləm kömək olsun, camaatın uşaq pulunu versinlər. Ən böyük iş uşaq pulu məsələsidir. Bunu həll etsələr, Azərbaycan xalqı rahatlayar".

Bu sözləri millət vəkili Aqil Abbas "AStar" "Youtube" kanalına müsahibəsində deyib. 

Deputat uşaq pulunun miqdarı ilə bağlı suallara da aydınlıq gətirib: 

"Uşaq pulu elə bir miqdarda verilməlidir ki, heç olmasa uşağın yeməyinə çatsın. Bu, pul şəklində kartla verilməlidir. Hamının arzusudur ki, uşaq pulu verilsin. Yəqin, dövlət bu məsələni həll edəcək".  //Ölke.az
SON XƏBƏR / GÜNDƏM / SOSİAL
Tarix: 9-03-2021, 12:44