Kaxa Okriaşvili: "Dmanisidə məişət zəmnində baş verən adi insidenti qarşıdurmaya çevirməyə cəhd etdilər"
Gürcüstan Tərəqqi və Azadlıq Partiyasının lideri Kaxa Okriaşvili 16 may Dmanisi şəhərində baş verən hadisələrə bağlı bəyanat verib. Kaxa Okriaşvili bildirib ki, çox təəssüf edirəm ki, adi məişət zəmində başlayan xırda insident sonradan ciddi bir qarşıdurmaya çevrildi və bu bəzi dairələr tərəfiərin şişirdilərək başqa yön verilməyə cəhd edildi. Əvvəla, hər kəsi bu mövcud münaqişə barədə başqa bir kontekstdə təqdim etməkdən və kəskin açıqlamalar verməkdən çəkinməyə çağırıram. Adi münaqişə sadəcə şişirdilib qarşıdurma kimi təqdim edilməməlidir. Dmanisidə, 2020-ci il Parlament seçkiləri ərəfəsində, iqtidarda olan "Gürcü Arzusu" Siyasi partiyası tərəfindən dəstəklənən, siyasi rəqiblərə qarşı cinayətkar dəstələrin yaradılması indiki bu tip mübahisələrin dərinləşməsinə səbəb oldu və indi də davam edir. Gürcüstanda əhalidə cəzasızlıq sindromu yarandı. Dmanisi şəhərində baş verən insidentə görə bütün siyasi məsuliyyət iqtidarda olan "Gürcü Arzusu" Siyasi partiyasının və özünü kənar müşahidəçi kimi aparan Gürcüstan hüquq-mühafizə orqanlarının üzərinə düşür. Hər cür şiddəti və zorakılığı qınayıram. Bu yolverilməzdir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-05-2021, 18:22