Bakıda ən çox yoluxma bu rayonda qeydə alınıb
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.
Paytaxt üzrə ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 28-05-2021, 10:15