mobil versiya

Paytaxtdakı koronaviruslu rayonların İLK ÜÇLÜYÜ-FOTO



Azərbaycanda COVID-19 virusuna yoluxanların 56,1 faizi Bakıdadır.  

 
REPORTYOR.AZ xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma isə 14,3 faizlə Binəqədi rayonundadır.


Sonrakı yerlərdə 12,2 %-lə Xətai, 11,8 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,9 faizlə Nəsimi, 8,4 faizlə Nərimanov, 8 faizlə Suraxanı, 7,6 faizlə Qaradağ, 7,1 faizlə Nizami, 5 faizlə Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır. (modern.az)


SON XƏBƏR / KARUSEL
Tarix: 13-09-2020, 11:43