mobil versiya

Azərbaycanda COVID-19-dan ən çox bu yaşda insanlar ölüb - RƏSMİ




Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatına görə, bu günə qədər Azərbaycan Respublikasında COVID-19 virusuna 2519 nəfər yoluxub.

REPORTYOR.AZ xəbər verir ki, virusa yoluxanlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, ölkə üzrə virusa yoluxanların 57 faizini qadınlar, 43 faizini isə kişilər təşkil edir.
Vəfat edənlərin yaş qrupları üzrə bölgü isə müxtəlifdir. Koronavirusdan həyatını itirənlərin 42 faizi 60-69 yaş arası vətəndaşlardan ibarətdir.

Məlumat üçün bildirək ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.



Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.

SON XƏBƏR / ÖLKƏ
Tarix: 11-05-2020, 10:30