Azərbaycanlı prodüser iş yerində öldü - FOTO
Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.
REPORTYOR.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.
Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.
Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 24-06-2021, 16:00