mobil versiya

Rəqsanənin köməkçisi koronavirusdan öldü - FOTO




Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın köməkçisi olan və koronavirusa yoluxmuş 47 yaşlı qadın həyatını itirib. 

BAKU.WS xəbər verir ki, bu barədə prodüser-aparıcı Tarix Əliyev (Tolik) "İnstagram"da paylaşım edib.

O bildirib ki, müğənninin Rusiyada həyata keçirdiyi yardım aksiyasında köməkçilərindən olan azərbaycanlı qadın vəfat edib. 

Qeyd edək ki, qadın 3 gündür, Rusiyadakı xəstəxanaların birində pandemiyadan müalicə alırdı. Lakin müalicə müsbət nəticə verməyib və qadın həyatını itirib. 



MARAQLI / SON XƏBƏR / MƏDƏNİYYƏT
Tarix: 6-05-2020, 18:52