Rəqsanə əri ilə şəklini paylaşdı, tənqidlərə tuş gəldi - FOTO
Rusiyada yaşayan azərbaycanlı biznesmenə ərə getdikdən sonra orada yaşayan müğənni Rəqsanə İsmayılova yeni fotosu ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, müğənni əri ilə şəklini paylaşaraq “Güvəndiyim tək sirdaşım” şərhini verib.
Fotoda divanda uzanan Rəqsanənin bir ayağını yuxarı qaldırması bəzi izləyiciləri hiddətləndirib. İzləyicilər şərh yazaraq müğənnini təhqir ediblər. Amma fotoya gözəl sözlər yazanlar, cütlüyə xoşbəxtlik arzulayanlar da az deyil.
Qeyd edək ki, Rəqsanə Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra evlənmək qərarına gəliblər. Cütlüyün əkiz övladı var.
Sözügedən fotonu təqdim edirik:
MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 8-02-2020, 18:00