Analığını öldürən 13 yaşlı yeniyetmə: “Bir ildir planlaşdırırdım” - FOTO
Türkiyənin Tekirdağ şəhərinin Çorlu rayonunda yeniyetmə analığını öldürüb.
“Haber Global” məlumat verir ki, 13 yaşlı E.N.O. 56 yaşlı analığı Z.O.-nu xüsusi amansızlıqla qətlə yetirib.
O, əvvəl qadının başına küt alətlə vurub, daha sonra isə bıçaqlayıb.
7-ci sinifdə oxuyan qız qandonduran ifadələr verib: “Mən etdim. Ona nifrət edirdim. Bu cinayəti bir ildir planlaşdırırdım. Hamını öldürəcəkdim. Amma ögey anamı öldürdükdən sonra insan öldürməyin o qədər də asan olmadığını anladım”.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 30-06-2021, 10:00