Mehriban Əliyevadan Musa Yaqubun qəbirüstü abidəsi ilə bağlı TAPŞIRIQ
Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
REPORTYOR.AZ “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.
Bu barədə məlumatı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.
O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.
O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-07-2021, 16:00